Mövsümün sonunda Tomas Tuxellə yollarını ayıracaq "Bavariya"nın Xabi Alonsoya etdiyi təklifin detalları məlum olub.
Metbuat.az xəbər verir ki, “Bavariya ona illik 23 milyon avro məvacib təklif edib. “Daily Mirror”un məlumatına görə, Xabi Alonso təklifi qəbul edərsə, ən yüksək məvacib alan məşqçilər siyahısında yer alacaq. Bildirilir ki, “Bavariya” “Liverpul”un Alonsoya marağını nəzərə alaraq, onun diqqətini cəlb etmək üçün iddialı təklif irəli sürüb. Xabi Alonso təklifi qəbul etsə Pep Qvardiola və Dieqo Simeonedən sonra ən çox maaş alan məşqçilərdən biri olacaq və onun qazancı indi aldığı məvacibdən 4 dəfə çox olacaq.