Ukrayna ordusu daha bir mövqedən çəkildi

Rusiya ordusu Ukraynanın Avdeyevka şəhəri istiqamətində daha bir kəndi nəzarət altına alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ələ keçirilən Severnoe kəndi Donetsk vilayətinin Yasinovatsky rayonunda yerləşir. Bu kənd Donetsk vilayətində Avdeyevkadan sonra ikinci müdafiə xəttidir.

Qeyd edək ki, bundan əvvəl general Sergey Şoyqu Avdivkanın nəzarət altına alınması barədə ölkə rəhbəri Vladimir Putinə məlumat verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı