Yeni tələblər taksi qiymətlərini artıracaq? - AÇIQLAMA

"İstənilən sərnişin daşımanın növündən aslı olmayaraq, sertifikatların təyin olunması çətin proses olmamalıdır. Çünki, şirkətlər qarşısında qoyulan tələblər müxtəlif prosedur qaydalarına əsaslanır. Tələb ondan ibarətdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs, həm özünə, həm də istifadə etdiyi avtomobilinə icazə vərəqəsi almalı olacaq. Bu hər hansısa bir çətinlik yaratmamalıdır".

Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. O bildirib ki, bu prosesdən sonra müvəqqəti olaraq süni qiymət artımı ola bilər:

"Bəzi taksi sürücüləri istifadə edərək, süni qiymət artımı edə bilər. Amma bunun qarşısı təbii ki, alınacaq. Düşünmürəm ki, taksiyə tələb artandan sonra taksilərin sayı kəskin azalsın. Düzdür, tələblər tam şəkildə icra olunandan sonra taksi sayında müəyyən azalmalar olacaq. Bu da o deməkdir ki, lazım olan tələblərə cavab verməyənlər yavaş-yavaş bu sahədən uzaqlaşmalı olacaqlar".

Qeyd edək ki, yeni tələblərə əsasən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər özlərinə buraxılış vəsiqəsi, istifadələrində olan nəqliyyat vasitəsinə buraxılış kartı almalıdırlar.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı