Məşhur kino ulduzunun evindən silahlar çıxdı

Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə ələ keçirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Delonun silah icazəsi olmadığı müəyyən edilib.

88 yaşlı aktyor "Samuray" (1967) və Borsalino (1970) kimi məşhur filmlərdə sərt görünüşlü obrazları canlandıraraq fransız kinosunun qızıl dövrünün ulduzu olub. 2019-cu ildə insult keçirən Delonun səhhəti son illərdə pisləşib. Fransa mətbuatının yazdığına görə, onun daha bir ağır xəstəliyi var.

Onun ailəsindəki fikir ayrılıqları son vaxtlar Fransada da manşetlərə çevrilir.

Delonun aktyor kimi ictimaiyyətə sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında "Qızıl Palma" mükafatı aldığı zaman olub.

Seyranə Quliyeva / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı