Hindistan Hərbi Dəniz Qüvvələri 3,3 ton narkotik daşıyan gəmini ələ keçiriblər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkə tarixində ən böyük narkotik müsadirələrindən biri olub.

Həmçinin gəmidə sənədsiz 5 nəfər saxlanılıb ki, onların da İran və ya Pakistan vətəndaşları olduğu güman edilir.