Moskva Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir

Moskva Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü hesab edir.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, İrəvan KTMT-ni Avropa İttifaqından olan müşahidəçilərlə əvəzləməyə üstünlük verib. “Bu missiyanın işinin sıfıra bərabər olan səmərəliliyi hər kəsə aydındır. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, Ermənistan Respublikası statusundan irəli gələn bütün hüquqları və öhdəlikləri ilə birlikdə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam edir”, - deyə diplomat vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı