Çin ABŞ-ı Tayvana silah satışını dayandırmağa çağırdı

Çin Amerika Birləşmiş Ştatlarının Tayvana silah satmasının qəti əleyhinədir və bunun regionda gərginliyi artıracağı barədə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, bu bəyanatı Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Tayvan məsələləri ofisinin rəsmisi Cu Fenlien səsləndirib.

“Biz Birləşmiş Ştatların Tayvan regionuna silah satmasının əleyhinəyik. Bu, bizim ardıcıl və aydın mövqeyimizdir. Biz ABŞ tərəfini “Vahid Çin” prinsipinə, Çin-ABŞ bəyannamələrinin müddəalarına riayət etməyə və Tayvana silah satışını dayandırmağa çağırırıq”, - deyə Çin rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı