"İşdə birlikdə tutdum" - Əri ilə sevgilisinin döydüyü deyilən həkim DANIŞDI / FOTO

Ərinin sevgilisi tərəfindən şiddətə məruz qaldığı iddia edilən həkim Aynur Əsədova hadisə ilə bağlı açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, A. Əsədli bildirib ki, o həyat yoldaşını onun iş yerində sevgilisi ilə birlikdə tutub:

"Mən ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978 təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, evə yaxın ev tutub. Yazışma tutmuşdum.

İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu.

Xəbər saytlarına mən verməmişəm. Ailəmdə həll edə biləcəyim bir məsələni ölkə müzakirəyə qoyub".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı