Modriç Türkiyə klubuna doğru - İlin transferi reallaşır

“Real Madrid” forması ilə saysız-hesabsız uğurlara imza atan xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin komanda ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Metbuat.az xəbər verir ki, Modriçin klubdan ayrılacağı irəli sürülür. Modriçlə bir sıra klubların maraqlandığı deyilir. İspan mətbuatında yer alan iddiaya görə, Superliqada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Fənərbaxça” da Luka Modriçi transfer etməyə çalışır. Xəbərdə deyilir ki, hər iki klubun menecerləri futbolçunun nümayəndələri ilə danışıqlar aparıb. "Qalatasaray" və "Fənərbaxça"nın təcrübəli futbolçuya illik 3,5 milyon avro civarında məvacib təklif etdiyi bildirilir.

Xorvatiyalı yarımmüdafiəçinin Türkiyəni çox sevdiyi və bir çox yaxın dostunun İstanbulda yaşadığı bildirilib. Modriçin İstanbulda yaşamağa razılıq verdiyi deyilir. Futbolçunun “Qalatasaray” və “Fənərbaxça”nın marağından məmnun olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı