Ermənistan ən qısa zamanda hərbiçimizi geri qaytarmalıdır - Ekspert

"Azaraq əks tərəfə keçən hərbi qulluqçunun Ermənistan güc strukturları tərəfindən deversant kimi qələmə verilməsi tamamilə absurd məsələdir. Hazırda darmadağın olan Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələri hansısa bir əməliyyat həyata keçirmək istəsə, bunun üçün bizim kifayət qədər yüksək hazırlığa malik xüsusi təyinatlı komanda birləşmələrimiz mövcuddur".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycanın 19 yaşlı müddətli hərbi qulluqçusunun hansısa əməliyyat üçün Ermənistan tərəfinə keçməsi tamamilə sağlam məntiqə ziddir.

"Daha əvvəl iki nəfər Azərbaycan hərbiçisinin azaraq Ermənistan tərəfə keçməsi qarşılığında qaytardığımız 32 məhbusu nəzərə almalıdırlar. Ermənistan rəhbərliyi ən qısa zamanda hərbiçimizi geri qaytarmalıdır. Əks halda bu Ermənistanla Azərbaycan arasında olan mövcud gərgin münasibətləri daha da gərginləşdirə bilər. Bu Ermənistana heç bir xeyr gətirməz".

Quliyeva Seyranə / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı