Poqbaya sərt cəza - Futboldan uzaqlaşdırıldı

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dopinqə görə 4 il müddətinə diskvalifikasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

2023-cü ilin oktyabrında Turin təmsilçisinin 30 yaşlı yarımmüdafiəçisinin nümunəsində həddindən artıq yüksək testosteron səviyyəsi aşkar edilmişdi. Daha əvvəl “Yuventus”un Poqbanın rəsmi diskvalifikasiyası halında onunla müqaviləni birtərəfli qaydada pozacağı xəbərləri yayılmışdı.

Qeyd edək ki, Poqba 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Ötən mövsüm yarımmüdafiəçi klubun heyətində bütün yarışlarda cəmi 10 oyuna çıxıb və 1 qolun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı