Suraxanı rayonunun Zığ qəsəbəsində sürüşmə olub.
Suraxanı rayon İcra Hakimiyyətinin Rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi Ramil Salmanlı Metbuat.az-a bildirib ki, həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən tərtib olunmuş müvafiq aktlara əsasən, qəzalı evlərin 200-ə yaxın sakini kirayə evlərə köçürülüb:
"Ərazidə olan digər evlərə də mütəxəssislər tərəfindən baxış keçirilib, qəzalı vəziyyətdə olan evlər müəyyənləşdirilib. Həmin evlərin sakinləri də kirayə evlərə köçürüləcək".
Qeyd edək ki, hadisə sürüşmə zonasında qeydə alınıb. Hadisə nəticəsində bir neçə il əvvəl ərazidə sürüşmənin qarşısını almaq üçün çəkilmiş beton sədd uçub. Əraziyə yaxın yerləşən evlər üçün təhlükə yarandığı deyilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Seyranə Quliyeva / Metbuat.az