Bakıətrafı köhnə avtobuslar niyə yenilənmir? - AÇIQLAMA

"Bakıətrafı avtobus parkının yenilənməsi gündəmdədir. Ancaq bunun üçün böyük maliyyə lazımdır. Yeni avtobuslar gətirilməlidir. Ancaq bu gün ictimai nəqliyyat sahəsində vəziyyət elə də ürəkaçan olmadığına görə, daşıyıcı şirkətlər yeni avtobuslar gətirməyə maraq göstərmirlər, Çünki dəfələrlə müraciət edib, dövlətdən subsidiya istəyiblər. Hələ ki, bu dəstək də yoxdur. Ona görə də buna maraq göstərmirlər və yeni avtobuslar gətirilmir".

Bu sözləri Metbuat.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, yeni avtobusların gətirilməsinə çox böyük ehtiyac var.

"Hesab edirik ki, bu dəyişikliklər baş verməsə, dəstək olmasa ictimai nəqliyyatın inkişafından danışa bilməyəcəyik. Çünki hər şey maliyyənin üzərindədir. Maliyyə ayrılsa, bu inkişaf olacaq. İndiki halda hesab edirəm ki, Azərbaycan dövlətinin gücü buna yetir".

Ekspert qeyd edib ki, Rəqəmsal İnkisaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yeni bir sistem üzərində işləyir.

"Bu sistem daşıyıcılara böyük dəstək ola bilər. Hansı ki, daşıyıcılar və nəzarət edən qurum arasında ilk növbədə razılıq əldə olunmalıdır. Bunun ardından dövlət tərəfindən yeni avtobusların alınıb ölkəyə gətirilməsi nəzərdə tutlur".

Elməddin Muradlı onu da vurğulayıb ki, Bakıərtafı qəsəbələrdə avtobusların vəziyyəti olduqca bərbaddır.

"Şəhərin mərkəzində istismardan çıxarılan avtobusların hamısı demək olar ki, bakıətrafı qəsəbələrə daşınır. Çünki orada tələbat çoxdur, heç kim nəzarət eləmir. Belə halların qarşısı alınmalıdır. Avtobus istismardan yığışdırılırsa, deməli təhvil verilməlidir. Amma bizdə belə deyil. Aparıb onu başqa yerlərdə istismar edirlər".


Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı