Baş həkim və arvadı buna görə öldürülübmüş - TƏFƏRRÜAT

Salyanda sabiq baş həkim və həyat yoldaşının xüsusi amansızlıqla qətlə yetirilməsinin detalları məlum olub.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, hadisənin qarət məqsədi ilə törədildiyi ehtimal edilir. Ehtimala görə, gecə saatlarında evə daxil olan naməlum şəxs və ya şəxslər 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanı qətlə yetirərək meyitləri evin həyətindəki bağda gizlədib. Daha sonra cinayətkar evdə axtarış aparıb. Hər iki şəxsin öldüyünə əmin olandan sonra həmin şəxs və ya şəxslər evdən külli miqdarda pul, qızıl və digər qiymətli əşyaları götürüb hadisə yerindən uzaqlaşıb.

Xatırladaq ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. Hələlik qətli törədən şəxs və ya şəxslər məlum deyil.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı