Murad Dadaşovun ad günündə belə oxudu - VİDEO

Keçmiş “Bakılı oğlanlar” KVN komandasının üzvü Timur Vaynşteyn 50 illiyini qeyd edib.

Metbuat.az Olay-a istinadla xəbər verir ki, prodüserin yubiley məclisinə bir çox dostu qatılıb. “Bakılı oğlanlar” onun üçün təbrik videosu hazırlayıb.

Videoda Xalq artisti Murad Dadaşov da yer alıb. O, Xəzər TV-nin rəhbəri olandan illər sonra dəsti-xəttini pozaraq dostu üçün əyləncəli bir layihədə iştirak edib. Video “Xəzər axşamı” proqramının studiyasında çəkilib və ad günündə nümayiş etdirilib.

Doğum günündən görüntüləri mərhum yazıçı Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova sosial media hesabında paylaşıb.

Qeyd edək ki, T.Vaynşteyn Rusiyanın NTV kanalının baş prodüseridir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR