ABŞ prezidenti Co Bayden Oval kabinetdə keçirdiyi iş görüşməsindən sonra İtaliyanın baş naziri Corciya Meloninin başından öpüb.
Metbuat.az xəbər verir ki, bununla bağlı görüntülər X sosial şəbəkəsində yayılıb. Bildirilir ki, xanım baş nazir ABŞ liderinin bu hərəkətindən təəccüblənməyib və söhbətinə davam edib.
X sosial şəbəkəsinin istifadəçiləri artıq bunu “yeni diplomatik tendensiya” adlandırıblar: “Deyəsən, Bayden bu gözlənilməz öpüşlərlə diplomatiyada yeni bir tendensiyaya başlayır” ,-deyə bir istifadəçi yazıb.