Kaliforniyadakı yanğınların zərəri 250-275 milyard dollara çatdı

Qlobal hava proqnozu xidməti olan “AccuWeather” Los-Ancelesdə və ətraf ərazilərdə davam edən meşə yanğınlarının iqtisadi zərəri ilə bağlı təxminlərini yeniləyib.

Metbuat.az xəbər verir ki, Los-Anceles və ətrafında davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər 250-275 milyard dollar aralığına yüksəlib. Qeyd edək ki, ilkin hesablamalarda, “AccuWeather” yanğınların dəyərinin 52 milyard dollar ilə 57 milyard dollar arasında ola biləcəyini proqnozlaşdırmışdı. Yanğınlar davam etdikcə bu hesablama 135 milyard dollardan 150 milyard dollara qədər artırılmışdı. Los-Anceles şəhəri və ətrafında davam edən yanğınları nəzarət altına almaq hələlik mümkün deyil.

Yaşayış məntəqələrinə çatan yanğın indiyədək 40 min hektar ərazini kül edib. Məlumata görə, 50 min insan üçün təxliyə əmri verilib, 700-dən çox təxliyə edilmiş sakin sığınacaqlara yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı