Trampa Qrenlandiyanı satın almaq səlahiyyəti verilir

ABŞ-də respublikaçılar yeni seçilmiş prezident Donald Trampa Qrenlandiyanı Danimarkadan satın almaq səlahiyyətini verən qanun layihəsini Nümayəndələr Palatasına təqdim ediblər.

Metbuat.az xəbər verir ki, “Qrenlandiyanı yenidən möhtəşəm et” başlığı ilə təqdim edilən qanun layihəsini respublikaçı konqresmen Endi Oqles hazırlayıb. Məlumata görə, Nümayəndələr Palatasında bir çox respublikaçı tərəfindən dəstəklənən qanun layihəsi Trampa vəzifəyə başlayandan sonra Qrenlandiyanı almaq üçün Danimarka ilə danışıqlara başlamaq səlahiyyətini verir. Respublikaçılar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğa sahib olduğu üçün qanun layihəsinin Konqresin hər iki palatasında qəbul ediləcəyi bildirilir. Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd həm Nümayəndələr Palatası, həm də Senatdan keçməli və prezident tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bundan əvvəl ölkənin milli və iqtisadi maraqları üçün Qrenlandiyanı almaq istədiyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı