Rusiya Odessaya hücum etdi - 12 nəfər öldü

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri xüsusən gecə və sutkanın erkən saatlarında Ukraynanın yaşayış məntəqələrini, o cümlədən kritik mülki infrastrukturunu mütəmadi atəşə tutur. Sözügedən hücumlar əsasən İran istehsalı “Şahid” dronları ilə həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı