Azərbaycan futboluna yeni rəhbərin seçiləcəyi gün artıq məlumdur.
Metbuat.az xəbər verir ki, aprelin 2-də AFFA-nın yeni, sayca 4-cü prezidenti seçiləcək. Prezidentlə yanaşı AFFA-nın icra orqanlarına da seçkilər olacaq. Martın 1-də Gəncədə İcraiyyə Komitəsi bu tərkibdə sonuncu iclasını keçirdi. Son iclasda üzvlərdən beşi iştirak etmədi. Halbuki bu həmin "13-lüy"ün son toplantısı idi və Azərbaycan futbolu onlar üçün əhəmiyyətsizdirsə, azı bir-birlərinə hörmət olaraq gəlməli idilər...
İlkin Fikrətoğlunun "sportinfo.az" saytı üçün hazırladığı sujeti təqdim edirik: