Sərxoş şəxs yolda uzandı, motosiklet üstündən keçdi

Saatlıda motosiklet sürücüsü sərxoş şəxsin üzərindən keçib.

Metbuat.az-ın məlumatına görə, ötən gün saat 06:15 radələrində Hacıqabul-Bəhrəptəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu Qırağlı kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Saatlı rayonu Mustafabəyli kənd sakini İsgəndərov Niyaməddin Aslan oğlu "Dnepr-11" markalı motosiklet ilə yolun hərəkət hissəsinə sərxoş vəziyyətdə uzanmış 1974-cü il təvəllüdlü Saatlı şəhər sakini Əliyev Ədalət Bəykişi oğlunun baş nahiyəsindən keçib.

Ədalət Əliyev aldığı xəsarətlərdən Saatlı rayon xəstəxanasında ölüb.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263,2-ci maddəsi ilə cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı