“Sabah”ın yeni baş məşqçisi bəlli oldu

Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” komandasının yeni baş məşqçi məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, “tələbələr” xorvatiyalı məşqçi Krunoslav Renduliçlə anlaşıb. Onunla 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Renduliç məşqçi karyerası ərzində İranın “Fulad” (2014-2016) və bu ölkənin əsas milli komandasında (2022) köməkçi məşqçi, həmçinin Xorvatiyanın “İstra 1961” (2018/19), “Şibenik” (2019-2021), “Qoritsa” (2021-2022), Bosniya və Herseqovinanın “Zrinski” (2022-2023) klublarında baş məşqçi kimi çalışıb. Xorvatiyalı məşqçi “Zrinski” ilə Bosniya və Herseqovina çempionu olub və bu ölkənin kubokunu qazanıb (2022-2023). Renduliç bu klubu UEFA Konfrans Liqasının qrup mərhələsinə də çıxarıb (2023/2024).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı