Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır - Mişustin

Rusiya Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində bildirib. “Biz dost Azərbaycanla dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində səmimi olaraq maraqlıyıq”, - o deyib.

Mişustinin sözlərinə görə, bunun etibarlı əsası Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamədir. O, ölkələrin humanitar sahədə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığını ayrıca qeyd edib. “Rusiyada 7 mindən çox azərbaycanlı tələbə təhsil alır”, - Mişustin bildirib.

Rusiya hökumətinin başçısı qarşılıqlı sərmayənin səviyyəsinin artırılmasını da Moskva və Bakının vəzifələrindən biri adlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı