NATO-nun keçmiş baş katibi Makronu tənqid etdi

Almaniya kansleri Olaf Şolts çox yavaş və şübhəlidir, Fransa prezidenti Emmanuel Makron isə “boş danışmaqla” məşğuldur.

Metbuat.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen İsveçrənin “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində deyib. Keçmiş baş katib deyib ki, Makronun Qərb qoşunlarının Ukraynaya mümkün yeridilməsi ilə bağlı fikirləri sadəcə sözdür:

“Bu boş danışmaqdır. Makron bu yolla Fransaya edilən biabırçı şəkildə aşağı yardımı bəzəməyə çalışır”, - o, Fransa liderini qınayıb.

O, həmçinin Şoltsu çox yavaş və qərarsız adlandırıb. Onun sözlərinə görə, Almaniya kansleri özünü lider kimi aparmadığı üçün Avropaya daha qətiyyətli Almaniya hökuməti lazımdır. “Bizə qətiyyətli davranan dövlət başçıları lazımdır. Müharibə zamanı ictimai rəyə tabe olmaqla lider ola bilməzsiniz”, - Rasmussen bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR