Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Metbuat.az xəbər verir ki, martın 2-i Şəkinin Şirinbulaq kəndində 70 yaşlı Fikrət İsmayılovu inək vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
O, aldığı xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb, lakin ötən gün xəstəxanada dünyasını dəyişib.