Zaqatalada 37 yaşlı kişi dəm qazından ölüb

Zaqatalada 1986-cı il təvəllüdlü Qurbanov Rəşad yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Metbuat.az xəbər verir ki, Zaqatala RPŞ-dən rayon prokurorluğuna Zaqatala şəhəri M.Müşviq küçəsi, ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayan 1986-cı il təvəllüdlü Qurbanov Rəşad Fərhad oğlunun yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, R. Qurbanov 05.03.2024-cü il taxidə saat 01:50 radələrində yuyunmaq üçün axımlı qızdırıcısının quraşdırıldığı hamam otağına keçmiş, həmin gün saatb 06:30 radələrində hamam otağına atası Fərhad Qurbanov tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR