Varşavada Polşa Seyminin binası yaxınlığında Avropa İttifaqının “yaşıl” siyasətinə etiraz olaraq fermerlərin mitinqi davam edir.
Metbuat.az xəbər verir ki, bir neçə etirazçı parlament binasına daxil olub, lakin onlar tez bir zamanda saxlanılıblar.
Hazırda küçələrdə fermerlərlə polis arasında qarşıdurma yaşanır. Portal yazır ki, təhlükəsizlik qüvvələri nümayişçiləri Seymdən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar polisə yumurta, səki daşları və məşəl atmaqla cavab verirlər. Bundan əlavə, etirazçılar baş nazir Donald Tuskun ofisi yaxınlığında od yandırıblar.
2023-cü ilin payızından polşalı fermerlər etiraz aksiyaları təşkil edir və Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlayırlar. Onlar Avropa İttifaqının ukraynalı yük maşını sürücülərinə verdiyi güzəştlərin ləğvinin tərəfdarıdırlar. 2024-cü ilin fevralında məlum olub ki, Polşa Ukrayna ilə sərhədin bağlanması ilə bağlı danışıqlar aparır.