Baba və nəvəsi faciəvi şəkildə öldü

Tovuz rayonu Çobansığnaq kəndində ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Ramiz Abbasəli oğlu Həsənovun idarə etdiyi “Niva” markalı avtomobil Tovuz-Çobansığnaq avtomobil yolunun nahamar olan dağlıq hissəsində hərəkətdə olarkən idarəetməni itirərək hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü Ramiz Həsənov və nəvəsi 15 yaşlı Cavidan İlqar oğlu Həsənli aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR