Qobuda it parçalayan uşağın son durumu AÇIQLANDI

Martın 3-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı reanimasiya şöbəsindədir.

Bu barədə Metbuat.az-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, azyaşlının vəziyyəti ağır-stabil olaraq qalır. Müalicələri davam etdirilir.

Xatırladaq ki, martın 3-də “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı