Qadın direktor işdən çıxarıldı

Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbin direktoru işdən çıxarılıb.

Metbuat.az” xəbər verir ki, bu barədə Aran Regional Təhsil İdarəsi məlumat yayıb.Məlumata görə, fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən sözügedən məktəbdə bir neçə istiqamət üzrə yoxlama aparılmıb.

Yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 07 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı