Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışlar keçiriləcək

Azərbaycanda təşkil olunan Beynəlxalq Xizək Alpinizmi yarışında 11 ölkədən nümayəndələr iştirak edir.

Metbuat.az xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov Şahdağda Beynəlxalq Xizək Alpinizmi yarışının açılış mərasimində deyib.

“İnanırıq ki, bu yarış digər beynəlxaq kateqoriyalı yarışların keçirilməsinə təkan verəcək. Biz artıq qış idman növləri üzrə beynəlxalq federasiyalarla əməkdaşlıq edirik.

Qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirilməsi üçün müraciətlər etmişik. Bu idman növünün inkişafı üçün Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışlar keçiriləcək”, - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR