37 yaşlı qadının evdə ölümünə aid yeni detal - Saxlanılan var

Mingəçevirdə 37 yaşlı qadının qətlinin bəzi təfərrüatı məlum olub.

Metbuat.az xəbər verir ki, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü Aytən Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən Ceyhun Mirzəyev saxlanılıb. C. Mirzəyev mərhumənin keçmiş həyat yoldaşı olub və onlar bir müddət əvvəl ayrılıb.

Qeyd edək ki, A. Məmmədovanın birgə nigahdan iki övladı var və hadisədə şübhəli bilinən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Baş Prokurorluqdan Metbuat.az-a verilən məlumata görə cinayəti törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Ceyhun Ömər oğlu Mirzəyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Martın 10-da saat 17:30 radələrində Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı