Bakı COP-29-un öhdəsindən gələcək.
Metbuat.az Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkəmizdə dövlət səfərində olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.
Kasım-Jomart Tokayev xüsusilə vurğulayıb ki, Astana ilə Bakı yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirir və birgə fəaliyyətin yeni sahələrini inkişaf etdirir: “Biz indicə ticarət-iqtisadi, investisiya sahələrində əməkdaşlığımız, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı sözün əsl mənasında bütün məsələləri ətraflı şəkildə müzakirə etdik və ümumi nəticələr çıxardıq.
Bu onu deməyə əsas verir ki, Qazaxıstanla Azərbaycan əslində strateji tərəfdaş və müttəfiq dövlətlərdir”.
Tokayevin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir: “İmzalanmış sənədlər və sazişlər şəklində bu gün əldə olunacaq razılaşmaların həyata keçirilməsi ilə hökumətlərin məşğul olacağını nəzərə alsaq, bu baxımdan gözəl perspektivlər mövcuddur”.
Qazaxıstan rəhbəri bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməklə bağlı Azərbaycanın dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edib: “Bu, Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, Bakı bu işin öhdəsindən gələcək”.
Bakı COP-29-un öhdəsindən gələcək - Qazaxıstan lideri
Həmçinin oxu
Bulvardakı “balina”nın sizə sözü var - “1364 …”
metbuat.az
Top xəbərlər
Layihələr
Son xəbərlər
“Borussiya” yenə Bakıda önə keçdi - Yenilənib
Bu gün
·
22:15
İran Hörmüz boğazında tankerə atəş açıb
Bu gün
·
21:57
Özgür Özel nazirə 750 min lirə təzminat ödəyəcək
Bu gün
·
21:24
Sevgidə heç vaxt bəxti gətirməyən 3 bürc
Bu gün
·
20:48
Şəkinin tarixi siması dəyişir: Turistləri hansı yeniliklər gözləyir?
Bu gün
·
20:32
Fransada "Qalatasaray”ın oyunçularını 6 snayper qoruyacaq
Bu gün
·
20:08
“Çox müştərisi olan mağaza həmişə uğurlu deyil” - MÜSAHİBƏ
Bu gün
·
19:58
Türkiyə millisinin yeni baş məşqçisinin adı açıqlandı
Bu gün
·
19:47
İran və İraq razılığa gəldi
Bu gün
·
19:34
Atçılığın konkur növü üzrə Azərbaycan birinciliyi keçirilib
Bu gün
·
19:18
XİN-dən Fransadakı iğtişaşlarla bağlı xəbərdarlıq
Bu gün
·
19:00
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
Bu gün
·
18:13
Şans qapıları 4 bürc üçün açılır
Bu gün
·
18:07
Şəmkirdə heyvan satışı bazarı fəaliyyətə başladı
Bu gün
·
18:05
AFFA bu klubları cərimələdi
Bu gün
·
17:25