Arda birdəfəlik bu kluba gedə bilər

İtaliya nəhəngi "Milan" "Real Madrid"in futbolçusu Arda Güleri icarəyə götürmək üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Milan”ın irəli sürdüyü təklifdə futbolçunun birdəfəlik alınması barədə bənd də var. İtaliyanın idman saytı “Calciomercato”nun məlumatına görə, “Real” Ardanı icarəyə göndərə bilər. Lakin “Real” futbolçunun birdəfəlik satılmasına razı deyil. Bildirilir ki, Arda Güleri icarəyə götürmək üçün “Bayer Leverkuzen” və “Tottenham” kimi klublar da maraqlıdır. “Real”ın isə Ardanı “Milan”a icarəyə göndərmək istədiyi irəli sürülür.

“Real” və “Milan” arasında bundan əvvəl də oxşar futbolçu icarələri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı