İranda çərşənbə faciəyə döndü - 26 ölü, 4 mindən çox yaralı

İranda keçirilən Novruz çərşənbələri ilə bağlı mərasimlərdə 26 nəfər ölüb, 4360 nəfər yaralanıb.

Metbuat.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidmətinin rəhbəri məlumat yayıb.

Məlumata görə, 37 nəfərin əzaları amputasiya edilib, 138 nəfərin gözü zədələnib, 196 nəfər isə yanıq xəsarəti alıb.

Tehran Bələdiyyəsi Xilasetmə Qrupunun sözçüsü Cəlal Mələki bildirib ki, ümumilikdə 6416 təcili çağırış alınıb. Yanğınsöndürmə briqadaları 230 hadisəyə müdaxilə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı