Binəli Yıldırım XI Bakı Qlobal Forumunda çıxış edib

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Bakı Qlobal Forumun rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb.

Metbuat.az xəbər verir ki, Binəli Yıldırım bildirilib ki, Bakı Qlobal Forumu ənənəvi xarakter daşıyır.

    “Çox yaxşı haldır ki, Antalya Forumundan sonra Qlobal Forum Bakıda keçirilir. Antaliya Forumunda bir sıra qlobal problemlər müzakirə olundu. Bakı Qlobal Forumunun əsas mövzusu olan parçalanmış dünya bizim üçün əsas problemdir. Artan qlobal çağırışlar, xüsusən dünya nizamının pozulması çağırışları qarşısında birgə çalışmalıyıq. Biz ətrafımıza baxdıqda görürük ki, münaqişələr davam edir və bu münaqişələr mənfi fəsadlarla nəticələnir. Bu münaqişələr iqtisadiyyat, infrastruktur, enerji sahələrinə də təsir göstərir. Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilə keçir, onun nəticələri dünyanın müxtəlif yerlərində özünü göstərir. Türkiyə də bu münaqişənin dinc yolla həllinə çalışır” – bildirib.

    Binəli Yıldırım qeyd edib ki, nəhayət, Qarabağ bölgəsi işğaldan azad edilib: “Sülh və Cənubi Qafqaz regionunun çiçəklənməsi təmin edilməlidir. Digər tərəfdən, Qəzzada yaşananlara son qoyulmalıdır. Əfsuslar olsun ki, qadınlar, uşaqlar öldürülür. Belə soyqırımı, etnik təmizləmə beynəlxalq ictimaiyyət tərəfindən dayandırılmalıdır. Belə olmasa, dünya sona gedəcək. İrqçilik, ksenofobiya, qeyri-bərabərlik qlobal təhlükəsizlik probleminə çevrilməkdədir”.

    Binəli Yıldırım nəzərə çatdırıb ki, bu gün beynəlxalq sistem dünyanın paçalanmasının qarşısını almaq üçün həll variantları tapa bilmir: “Ekstremist hərəkatlar artır. İkinci Dünya müharibəsindən sonra yaradılmış təşkilatlar həll variantları ortaya qoya bilmir. Ona görə daha güclü təsisatlar lazımdır. Biz inanırıq ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün 3+3 formulu çox vacib bir platformadır. Bu il Bakıda 3+3 formulunun Türkiyədə üçüncü görüşünə ev sahibliyi edəcəyik. Digər tərəfdən, həmrəylik Türk Dövlətləri Təşkilatının məramını təşkil edir. Biz qlobal sülhü və ədaləti təşviq edirik”.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı