COP29-da bütün dünyanın diqqəti Azərbaycanda olacaq - Britaniyanın Baş naziri

COP29-da bütün dünyanın diqqəti Azərbaycanda olacaq.

Metbuat.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın XI Qlobal Bakı Forumun iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

"COP29-da maliyyə mənbələrinə diqqət yetiriləcək. Biz öz təcrübələrimizi Azərbaycanla bölüşməyə hazırıq.

Bakı Qlobal Forumunun bugünki iclasında birgə təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək. Azərbaycan gələcəyi ilə bağlı yol kəsişməsindədir. Bu ilin noyabrında səfər zaman Cənubi Qafqaz ölkələrini sülh içərisində görmək daha yaxşı olardı. Böyük Britaniya qarşılıqlı firəvanlıq naminə dəyişməyə və genişlənməyə davam edir. COP29-un uğurlu keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın yanında olacaqdır”,- deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı