Dünya mediası "Qarabağ"dan bunları yazdı

Ötən gecə "Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşıb. Komandamız 2:3 hesabı ilə məğlub olaraq yarışda mübarizəni dayandırıb.

Metbuat.az bildirir ki, Azərbaycan klubunun mübariz çıxışı dünya mediasının nəzərindən yayınmayıb. Dünyanın məşhur media nəşrləri oyun barədə yazıblar:

Beinsports.com - "Bayer" Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı

Goal.com - Xabi Alonso ölümsüzdür! "Bayer Leverkusen" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu

Marca.com - Xabi yenə sarsılmadı - "Bayer Leverkusen" ilk oyunda olduğu kimi geri dönüş etdi

Fanatik.com.tr - "Bayer Leverkuzen" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu

Daily Sports: "Qarabağ" nağıl kimi uğurun bir addımlığında idi. "Bayer"dən möhtəşəm geridönüş

BR Football: 10 nəfərlə oynayan "Qarabağ" 2:0 hesabı ilə "Bayer"ə qalib gəlməyə çox yaxındır ("Qarabağ"ın 2:0 hesablı üstünlüyü zamanı)

BBC Sport: "Bayer"in məğlubedilməzlik seriyası davam edir. Xabi Alonsonun komandası 70-ci dəqiqəyə qədər Azərbaycan klubuna 0:2 uduzurdu

TRT Sports: Qurban Qurbanovun "Qarabağ"ı Avropaya damğa vurdu, amma olmadı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı