"Əl-Nəsr"dən "Qalatasaray"a doğru - Maaşını endirməyə razı oldu

“Əl-Nəsr” klubu 30milyon avroya aldığı Sadio Manenin oyunundan razı deyil.

Metbuat.az xəbər verir ki, mövsümün əvvəlində "Əl-Nəsr"ə transfer olunan Sadio Mane yeni komandasında karyerasına fırtınalı başlasa da, sonradan tənqid hədəfinə çevrilib. Məlumata görə, Səudiyyə klubununda Mane toxunulmaz deyil və satıla bilər. Səudiyyə mətbuatında yer alan xəbərə görə, futbolçu Avropaya qayıtmaq istəyir və o “Qalatasaray”ın təklifini qəbul edə bilər. İddialara görə, o Avropada futbol oyanamq üçün astronomik maaş tələb etmir.

“Qalatasaray”ın məvacib təklifi mane üçün məqbul hesab edilə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı