Tarif (qiymət) Şurasının 15 mart 2024-cü il tarixində növbəti iclası keçirilib.
Metbuat.az Tarif Şurasına istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 177 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 100 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının ( www.tariff.gov.az ) “Dərman vasitələri” bölməsində ( http://tariff.gov.az/documents/DVA.pdf )yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının ( www.tariff.gov.az )“Şuranın qərarları” bölməsində tanış olmaq olar