UEFA “Fənərbaxça” klubunu cəzalandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. “Yunion Sent-Julliaz”la səfər matçında yanan məşəl və meydançaya atılan əşyalar səbəbilə “sarı-göylər”in azarkeşlərini 3 səfər matçından məhrum etdiyini bildirilib.
Bildirilib ki, “Fənərbaxça” Konfrans Liqasında finala yüksələrsə, bu matçda cəza keçərli olmayacaq və son 1 oyunluq cəza növbəti mövsümün ilk Avropa matçına kimi uzanacaq.