Mahir Emreli milliyə çağırılmadı - SƏBƏB

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin Azərbaycan millisinə çağırılmamasının səbəbi bilinib.

Metbuat.az Apasport.az-a istinadən xəbər verir ki, yığmanın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında 26 yaşlı hücumçunu zədə ilə əlaqədar “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara dəvət etmədiyini açıqlayıb.

    Mütəxəssis Cənubi Koreyanın “Tedjon Xana Sitizen” kollektivində çıxış edən müdafiəçi Anton Krivotsyukla bağlı vəziyyətin də eyni olduğunu bildirib: “Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar, onları növbəti təlim-məşq toplanışlarına çağıraq”.

    Qeyd edək ki, Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə təşkil olunacaq yoldaşlıq görüşləri çərçivəsində martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı