Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı