“Fənərbaxça”nın oyunundan sonra baş verənlərlə bağlı açıqlama

Bu axşam oynanılan "Trabzonspor" "Fənərbaxça" oyunundan sonra meydana girən azarkeşlərlə bağlı araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edib.

Bildirilib ki, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

"İdman hər şeydən əvvəl alicənablılıqdır. Futbol meydanlarında şiddətin baş verməsi əsla qəbuledilməzdir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə vurğulanıb.

00:31

"Fənərbaxça" səfərdə "Trabzonspor"u 3:2 hesabı ilə məğlub edib.

Fred və Batşuayinin vurduğu qollarla "bülbüllər" Super Liqada səfər qələbə seriyasını 9 matça çatdırıb.

Qarşılaşmadan sonra futbolçular yarımmüdafiədə qələbəni qeyd edərkən meydan sahiblərinin azarkeşləri meydana daxil olub və dava düşüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR