Azərbaycanda illik inflyasiya açıqlandı

Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin sonunda 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb.

Metbuat.az bu barədə Nazirlər Kabinetinin Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair Xüsusi Bülleteninə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8% olub. Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3% olub, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilib. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə isə 3,7% təşkil edib. İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı