Zamiq doğulduğu Füzuli şəhərində konsert verdi - VİDEO

Müğənni Zamiq Hüseynov doğulduğu Füzuli şəhərində konsert verib.

Metbuat.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilati dəstəyi ilə açıq havada gerçəkləşən konsertdə ifaçı sevilən mahnılarını oxuyub. Musiqili gündə Füzuli şəhər sakinləri yer alıblar. Zamiq özəl gününü “Qarabağ” mahnısı ilə yekunlaşdırıb. Təəssüratlarını bölüşən Z.Hüseynov bunları deyib:

“Uzun illərdir sadəcə xəyal kimi arzumun gerçək olması məni olduqca xoşbəxt edib. Hisslərimi kəlimələrə sığdıra bilmirəm. Füzuli elində olub, doğma şəhər sakinləri ilə xoş vaxt keçirmək mənim üçün olduqca qiymətli idi. Onlarla keçən xoş saatlar əbədi könlümə həkk olundu. Məhz Novruz bayramı ərəfəsində keçən belə gözəl konsertimdən səmimi duyğularımla ayrıldım. Arzu edirəm ki, belə təşkilati işlər çox olsun. Sevə-sevə iştirak etməyə və onlar üçün nəğmələr ifa etməyə hər daim hazıram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR