Montella Ardanı hədələdi - Ançelotti fikrindən daşındı

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Madridə gedərək Arda Gülər və Karlo Ançelotti ilə görüşüb.

Metbuat.az xəbər verir ki, o Arda Güleri müntəzəm oynamadığı təqdirdə Avro 2024-ə aparmayacağını ifadə edib. Bildirilib ki, Montellanın hədəsindən sonra Ardanın “Milan”a icarəyə göndərilməsi gündəmə gəlsə də, futbolçu imtina edib. Bundan sonra Ançelotti Ardanı daha çox oynatmaq barədə qərar verib.

Məlumata görə, Ardanın “Selta” qarşısındakı oyunu Montellanı razı salıb. Buna görə də, o milli komandaya çağırılıb. Onun Avstriya və Macarıstanla görüşlərdə start heyətdə olacağı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı