Süd və qaymaq idxalına çəkilən xərc azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 1 993 ton süd və qaymaq idxal edilib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 3 milyon 151 min ABŞ dolları olub.

Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 103 ton (5,4 %) çox, dəyər baxımından isə 1 milyon 105 min ABŞ dolları (25,9 %) azdır.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı