Alonso onu istəyən "Real"a inanılmaz şərt irəli sürdü

“Real Madrid” “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsonu kluba gətirmək istəyir.

Metbuat.az xəbər verir ki, “Real” Karlo Ançelottini klubun keçmiş futbolçusu ilə əvəzləyə bilər. "El Gol Digital"də dərc edilən xəbərə görə, “Real” Alonso ilə təmas qurub. Bildirilir ki, Alonso “Real” gəlmək üçün əvvəlcə Florian Virtsin transfer edilməsini tələb edib.

Qeyd edək ki, bundan əvvəl də “Real”ın Xabi Alonso ilə danışıqlar apardığı və məşqçisinin şərtlər irəli sürdüyü barədə iddialar dərc edilmişdi. İddialara görə, Alonso bildirib ki, o, Madrid klubunun baş məşqçisi vəzifəsini yalnız Ançelotti öz istəyi ilə postunu tərk edəcəyi təqdirdə qəbul edə bilər. “Sport” nəşri qeyd edib ki, Alonsonun “Real”da işləmək üçün ən böyük şərti Ançelottinin qovulmamasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı