Rusiyadakı hücuma görə məsuliyyəti İŞİD üzərinə götürüb - KİV

Moskva yaxınlığında yerləşən "Crocus City Hall" konsert zalında törədilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə terror təşkilatına yaxınlığı ilə bilinən sosial media hesabında məlumat paylaşılıb.

İŞİD-in teleqram kanalında və digər rəsmi səhifələrində qruplaşmanın terror aktını öz üzərinə götürməsi barədə heç bir bəyanat və açıqlama yoxdur.

Qeyd edək ki, hücum zamanı 100-dən çox ölünün, 200-ə qədər yaralının olduğu bildirilir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı